İstifadəçi Razılaşması

1. Ümumi müddəalar

1.1. Hazırki Razılaşma RS-CODE (VÖEN 1008315431) şirkətinin SEMESTR.AZ platforması (bundan sonra Operator) və internet şəbəkəsinin istifadəçi arasında (bundan sonra “İstifadəçi”) SEMESTR.AZ veb səhifəsin və həmin səhifədə yerləşdrilən Məlumatların/ testlərin və s. materialların istifadəsinə dair tərəflər arasında münasibətləri tənzimləyir.

1.2. Operator SEMESTR.AZ veb səhifəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, müəllimlər və digər mütəxəssislər/peşə sahibləri tərəfindən tərtib olunmuş istənilən bütün fənlər üzrə və ya müvafiq sahələrdə ödənişsiz və ödənişli əsaslarla materialları/testləri və s. yerləşdirir/yükləyir.

1.3. Hazırki Razılaşma ictimai oferta hesab edilir. “İstifadəçi” bu ofertanın mətni ilə diqqətlə tanış olmalıdır. Əgər İstifadəçi ofertanın hər hansı şərtləri ilə razı deyilsə, ona veb səhifədən istifadə etməkdən imtina etmək təklif olunur.

1.4. Bu ictimai ofertanın şərtlərini qəbul etməklə, “İstifadəçi” həmçinin SEMESTR.AZ veb səhifəsində yerləşdirilən fərdi məlumatların işlənilməsinə dair Siyasəti ilə razılaşır.

1.5. Bu Razılaşmanı qəbul etməklə İstifadəçi SEMESTR.AZ veb səhifəsinin istifadəsi üzrə təlimatlarına riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.

1.6. Operator istənilən vaxt birtərəfli qaydada hazırkı Razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir. Operator tərəfindən edilmiş dəyişikliklər SEMESTR.AZ veb səhifəsində yerləşdirildiyi andan etibarən qüvvəyə minir.

1.7. İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o SEMESTR.AZ veb səhifəsinə girişdən imtina etməli, saytın təklif etdiyi xidmətlərdən istifadə edilməsini dayandırmalıdır.

2. İstifadə olunan anlayışlar

2.1. İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və SEMESTR.AZ veb səhifəsinin təklif etdiyi xidmətlərindən/məhsullardan istifadə edən istənilən fiziki və ya hüquqi şəxsdir.

2.2. Müəllif – öz istedadı, ağılı və zəhməti ilə test və s. materialları birbaşa tərtib edən və müvafiq razılaşma əsasında SEMESTR.AZ veb səhifəsində yerləşdirilməsi üçün təqdim edən şəxs.

2.3. Xidmət — SEMESTR.AZ veb səhifəsində istifadəçilər üçün yerləşdirilən ödənişsiz və ya ödənişli əsaslarla test və s. materiallardan istifadə və əldə edilməsi üzrə fəaliyyət.

2.4. Şəxsi kabinet — göstərilən xidmətlərin həcmi barədə statistik məlumatı və İstifadəçilərin şəxsi hesabının cari vəziyyətini göstərən Xidmətin rəsmi saytında göstərilən səhifə. Şəxsi kabineti qeydiyyatdan keçirmək üçün ən azı İstifadəçilərin şəxsi məlumatların təqdim olunması lazımdır. Hər bir İstifadəçinin yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.

2.5. İstifadəçinin şəxsi informasiyası – İstifadəçi haqqında məlumatlar və ya məlumatlar məcmusudur. Bu məlumatlara İstifadəçinin özü haqqında və ya qeyd etdiyi şəxsi məlumatları, veb səhifədən istifadə prosesində Operator avtomatik olaraq ötürülən məlumatlar, o cümlədən IP-ünvan, “cookie” məlumatları, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında digər məlumatlar aiddir. Bu məlumatlar İstifadəçi tərəfindən qeydiyyat zamanı və Xidmətin istifadə prosesində avtomatik olaraq Operatora təqdim edilir.

3. İstifadəçinin Qeydiyyatı.

3.1. İstifadəçi SEMESTR.AZ veb saytında qeydiyyat formasını doldurmaqla və “İstifadəçi qaydaları ilə razıyam” və ya "Google ilə daxil ol" düyməsini  basmaqla qeydiyyatdan keçir.

3.2. İstifadəçi öz login və parolunun gizli saxlanılmasına və təhlükəsizliyinə görə, həmçinin həmin login və parol adından SEMESTR.AZ veb səhifəsində aparılan bütün əməliyyatlara görə birbaşa məsuliyyət daşıyır. İstifadəçinin login və adı ilə qanunsuz müdaxilə olunduğu zaman İstifadəçi bu barədə dərhal Operatora məlumat verməlidir.

3.3. Operator İstifadəçi tərəfindən göstərilən məlumatların və bank kartı məlumatlarının düzgünlüyünü təsdiq edilməsi üçün tələb etmək hüququnu özündə saxlayır. Qeyd olunan məlumatların təqdim edilməməsi qeyri-dəqiq məlumat yerləşdirilməsi kimi qiymətləndirilə bilər və bu Razılaşmanın 4.3-cü bənddə göstərilən nəticələrə səbəb ola bilər.

4. Xidmətin göstərilməsi qaydaları

4.1. İstifadəçi tərəfindən bu ofertanın şərtlərinin aksepti SEMESTR.AZ veb səhifəsinə yüklənmiş testləri və s. materialları əldə etmək məqsədi ilə istənilən rahat üsulla müraciət etməklə həyata keçirilir. İstifadəçi SEMESTR.AZ veb səhifəsində qeydiyyatdan keçdikdən sonra veb səhifədə təqdim olunan testlər və s.materiallar barədə məlumatlarla tanış olunur (test və ya s.materialların müəllifi, qiyməti, verilmiş tapşırıqların qısa məzmunu haqqında məlumat) və sərbəst olaraq seçdiyi testləri və s. materialları ödənişli və ya ödənişsiz əsaslarla əldə edir.

4.2. İstifadəçi SEMESTR.AZ veb səhifəsində yalnız bir şəxsi kabinet (akkaunt) yarada bilər. İstifadəçi tərəfindən digər akkauntlar yaradıldığı təqdirdə Operator tərəfindən İstifadəçinin bütün akkauntları ləğv ediləcəkdir.

4.3. İstifadəçi SEMESTR.AZ veb səhifəsində olan sifariş və qeydiyyat formasında olan suallarla bağlı ətraflı dəqiq və aktual məlumatları əks etdirdiyinə razılaşır.

4.4. Testlərin və s. materialaların əldə edilməsi zamanı təqdim olunan məlumatın məzmunu və dəqiqiliyinə görə məsuliyyəti İstifadəçi daşıyır. Əgər daxil edilən məlumatın səhv və ya qeyri-dəqiq olduğu aşkar olunarsa Operator həmin İstifadəçinin veb səhifəyə girişini məhdudlaşdıra və ya yaradılmış şəxsi kabineti ləğv edə bilər.

4.5. İstifadəçi tərəfindən testlərin və s. materialların əldə edilməsi ilə bağlı seçimin dəqiqliyinə, test və s. materialların keyfiyyətinə, düzgünlüyünə, tamlığına, həmçinin ödəniş sistemlərində yaranmış qusurlara görə Operator məsuliyyət daşımır.

4.6. SEMESTR.AZ veb səhifəsində yerləşdirilmiş testlərin və s. materialların keyfiyyətinə, dəqiqliyinə/düzgünlüyünə,tamlığına görə məsuliyyəti tam həcmdə Müəllif daşıyır. İstifadəçi tərəfindən hər hansı pretenziya irəli sürürərsə, o cümlədən dəymiş ziyanla bağlı pretenziyalar, bu cür pretenziyalar birbaşa testi və ya s.materialları tərtib etmiş Müəllifə yönəldilir. Belə olduğu halda, İstifadəçi tərəfindən testlərin və s. materialların əldə edilməsi üçün ödənilmiş məbləğ Operator tərəfindən geri qaytarılmır.

4.7. İstifadəçi müxtəlif üsulların biri vasitəsilə SEMESTR.AZ veb səhifəsində seçim etməklə ödənişləri həyata keçirə bilər. Bu cür ödənişlər zamanı əlavə xərclər və komissiyalar İstifadəçi tərəfindən ödənilir.

4.8. İstifadəçi öz bank kartını şəxsi kabinetinə bağlaya bilər. Bu zaman SEMESTR.AZ veb səhifəsində təklif olunan testləri və s.materialları ödənişli şəkildə əldə etmək istəyən istifadəçi əlavə rekvizitlər göstərmədən, “ödəniş etmək” düyməsini basmaqla (və emitent bank müdafiə üçün nəzərdə tutduğu hallarda birdəfəlik parol daxil etməklə) ödəniş məbləği şəxsi kabinetə bağlanmış bank kartından tutulacaqdır. İstifadəçi öz şəxsi kabinetində olan hesaba əlavə balans yükləyə bilər. İstifadəçi həmin balansda olan məbləği veb səhifədə olan test və s. materialların əldə edilməsi məqsədilə istifadə edə bilər.

5. Mübahisənin həll edilməsi qaydası

5.1. Veb səhifədən istifadə ilə bağlı meydana gəlmiş istənilən məsələlər üzrə İstifadəçi Operatora müraciət etmək hüququna malikdir. Bunun üçün İstifadəçi müvafiq yazılı ərizəni Operatorun poçt ünvanına: və yaxud telefon nömrəsi üzrə müştərilərin dəstəklənməsi xidmətinə müraciət edir.

5.2. Mübahisələrin danışıqlar yolu ilə həll edilməsinin mümkün olmadığı təqdirdə Tərəflərdən hər biri hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.

6. Məsuliyyət

6.1. Operator İstifadəçinin şəxsi məlumatlarının, həyata keçirilmiş əməliyyatlar haqqında məlumatların və Azərbaycan Respublikasının qanunvericiliyi ilə məxfi (gizli) məlumatlara aid edilən istənilən digər informasiyaya dair hər hansı bir məlumatın aid olduğu İstifadəçi tərəfindən təqdim edilən məxfi informasiyanın qorunması üçün məsuliyyət daşıyır.

6.2. Operator tərəfindən Razılaşmanın şərtlərinin yerinə yetirilməməsinə gətirib çıxaran texniki nasazlıqların (elektrik enerjisi və rabitə ilə təminatın dayandırılması/ zədələnməsi, prosessinq mərkəzinin proqram təminatında nasazlıq və ödəniş sistemlərində texniki nasazlıq) baş verdiyi təqdirdə Operator məsuliyyət daşımır.

7. Digər şərtlər

7.1. İstifadəçi hazırkı Razılaşmanın istənilən şərtini dəyişdirmək, ondan imtina etmək və ya istənilən digər üsulla onu pozmaq hüququna malik deyildir.

7.2. Operator istənilən İstifadəçinin SEMESTR.AZ veb saytına girişini heç bir əsas olmadan və səbəb göstərmədən məhdudlaşdıra və ya ləğv edə bilər.

7.3. Operatorun icazəsi olmadan hər hansı bir əməliyyatla və ya hər hansı digər vasitə ilə veb səhifədə yerləşən materialların/məlumatların qismən və ya tamamilə çoxaldılması, yeniden emal edilməsi qadağandır və müəllif hüquqlarının pozulmasına səbəb olur.

7.4. Hazırkı Razılaşmanın və ya onun Əlavələrinin hər hansı bir hissəsinin etibarsızlığı və ya yerinə yetirilməsinin mümkün olmaması onun digər hissələrinin etibarsızlığına və ya yerinə yetirilməsinin mümkün olmamasına gətirib çıxarmır.

7.5. Hazırkı Razılaşma üzrə Tərəflərin yazılı razılığı olmadan hüquqların üçüncü şəxslərə ötürülməsinə yol verilmir.